Raul Qonzales hansı kluba keçir?

Raul Qonzales hansı kluba keçir?
Almaniyanın "Şalke 04" futbol klubunda oynayan ulduz futbolçu Raul Qonzales, alman təmsilçisi ilə yollarını ayrımaq fikrinə düşüb. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçunun "Şalke 04" futbol klubunu tərk etməsinin əsas səbəbləri arasında, hazırkı baş məşqçi Ragnicklə olduqca kəskin münasibətdə olması birinci yerdə dayanır.
R.Qonzales, artıq futbol həyatını İspaniya və ya gözəl maliyyə təklifləri aldığı Amerika klublarından birində davam etdirmək istəyir. Onun həttda İngiltərə Premyer Liqasında çıxış edən bir sıra klublardan da təklif alığı barədə alman mətbuatı yazılar dərc edir.

Bütün xəbərlər Facebook səhifəmizdə