"Əgər Arda ispan dilini öyrənsə, İspaniyada Türkiyənin qüruru olar"

"Əgər Arda ispan dilini öyrənsə, İspaniyada Türkiyənin qüruru olar"
Türkiyənin ulduz futbolçularından olan Nihat Kahveçi, bu günlərədə İspaniyanın "Atletiko Madrid" futbol klubuna transfer olunan 24 yaşlı Arda Turana bir sıra məsləhətlər verib. Siasport.az saytı xəbər verir ki, 4 il "Real Sociedad"da, 3 il isə "Villarreal"da futbol həyatı yaşayan futbol üzrə Türkiyə millisinin təcrübəli futbolçusu, A.Turanın "Atletiko Madrid" futbol klubunda böyük nailiyyətlər əldə edcəyinə əmin olduğunu bildirməklə yanaşı, onun bu klubda kəskin rəqabətə davam gətirmək üçün hər saat öz üzərində çalışmasının vacib olduğunu da dilə gətirib:
"Arda İspan dilini mütləq öyrənməlidir. Bunu edə bilsə çox böyük uğur qazana bilər. Bu onun üçün böyük əhəmiyyət daşıyır. Əgər Arda ispan dilini öyrənsə, İspaniyada Türkiyənin qüruru olar"-deyə təcrübəli futbolçu fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə