Afinada yunan hakimi Fatih Terimi təhqir etdi!

Afinada yunan hakimi Fatih Terimi təhqir etdi!
Dünən keçirilən "Qalatasaray" -"Olimpiakos" yoldaşlıq oyununda bir sıra xoşagəlməz proseslər baş verib. Siasport.az saytı xəbər verir ki, "Qalatasaray"ın baş məşqçisi Fatih Terim, qarşılaşmanın 4-cü hakimi olan yunanlı ədalət təmsilçisi və "Olimpiakos"un məşqçilərindən olan Mitropoylos Tasos ilə gərginlik yaşayıb.
Belə ki, "Qalatasaray"ın qapısına vurulan yeganə qolun müəllifi olan Mirallas, Gökhan Zana qarşı olduqca sərt zərbə endirsə də, yunanlı ədalət təmsilçisi ona sadəcə sarı vərəqə göstərməklə kifayətlənib. Bundan qəzəblənən F.Terim 4-cü hakimlə kəskin söz duelinə keçib. Həttda 4-cü hakimin yunanca "imperator"u təhqir etdiyi də ortaya çıxıb. Yalnız futbolçuların və baş hakimin köməyi ilə F.Terimi sakitləşdirmək mümkün olub.

Bütün xəbərlər Facebook səhifəmizdə