Milli komandanın heyəti açıqlanıb

Milli komandanın heyəti açıqlanıb

Avqustun 22-dən 29-a qədər Almaniyanın Frankfurt şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Siasport.az saytı xəbər verir ki, yığmamız avqustun 29-da London şəhərinə yola düşəcək və sentyabrın 1-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İngiltərə yığması ilə qarşılaşacaq. Sentyabrın 4-dən 7-dək komandamız Belçikanın Antverpen şəhərində olacaq. Sentyabrın 6-da AÇ-nin seçmə mərhələsində Belçika U-21 – Azərbaycan U-21 oyunu keçiriləcək.

Qeyd olunan təlim-məşq toplanışı və oyunlar üçün yığmamızın heyətinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Umarov Osman – "Qarabağ"

Quliyev Tərlan – "Neftçi"

Qarayev Qara – "Qarabağ"

Məmmədov Novruz – "Bakı"

Seyidov Mirhüseyn – "Neftçi"

Quliyev Eşqin – "Sumqayıt Şəhər"

Mustafayev Emin – "Sumqayıt Şəhər"

İsgəndərov Tural – "Qarabağ"

İmamverdiyev Cavid – "Neftçi"

Həsənov Orxan – "Sumqayıt Şəhər"

Nurəhmədov Kamil – "Sumqayıt Şəhər"

Rəhimov Fərrux – "Rəvan"

Ağayev Səlahət – "İnter"

Abdullayev Araz – "Everton" (İngiltərə)

Quluzadə Amit – "Erciyyespor" (Türkiyə)

Zaytsev Mixail – "Anji" (Rusiya)

Balayev Emil – "Sumqayıt Şəhər"

Hüseynov Bədavi – "Anji" (Rusiya)

Qross Aleksandr – "Sumqayıt Şəhər"

Əhmədov Hacı – "Sumqayıt Şəhər"

Özkara Cihan – "Sivasspor" (Türkiyə)

Gökdəmir Əli – "Hannover 96" (Almaniya)

Qeyd edək ki, Novruz Məmmədov, Mirhüseyn Seyidov, Qara Qarayev, Cavid İmamverdiyev, Tərlan Quliyev, Cihan Özkara, Əli Gökdəmir və Amit Quluzadə yığmanın heyətinə avqustun 28-də qoşulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə