“Xəzər Lənkəran” klubu iki gənc futbolçu ilə münasibətlərini rəsmiləşdirib

“Xəzər Lənkəran” klubu iki gənc futbolçu ilə münasibətlərini rəsmiləşdirib
"Xəzər Lənkəran" klubu iki gənc futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Siasport.az saytı xəbər verir ki, ötən mövsümü "Abşeron" klubunun heyətində keçirən Zahid Quliyev və Habil Nurəhmədov klubla iki il yarım müddətinə müqavilələrə imza atıblar.

"Abşeron"dan öncə MOİK-də çıxış etmiş 20 yaşlı Zahid Quliyev əsasən mərkəz müdafiəçisi mövqeyində oynayır. Futbolçu 21 yaşa qədər Azərbaycan milli komandasının da üzvüdür. Karyerasına "Şahdağ" klubunda başlayan Habil Nurəhmədovun isə 19 yaşı var. Sağ cinah yarımmüdafiəçisi olan futbolçu Azərbaycanın U-19 milli komandasının da formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня