\"El Klasiko\"da yumruq davası-FOTOSESSİYA

\"El Klasiko\"da yumruq davası-FOTOSESSİYA

Dünya futbolunun iki ən böyük komandası hesab olunan \"Real\" və \"Barselona\" İspaniya Super Kubokunda üz-üzə gəlib. Siasport.az saytı xəbər verir ki, ilk yarıya \"Real\" fəal başlasa da, ilk qol \"Barselona\"dan gəlib. Belə ki, 15-ci dəqiqdə \"Real\"ın müdafiədə buraxdığı səhvdən maksimum yararlanan Andres İnyesta qapıya dəqiq zərbə vurub. 15 dəqiqə sonra Kriştiano Ronaldo tarazlığı bərpa edib. Bundan sonra yenə \"Real\" üstün oyun sərgiləsə də, qol \"Barselona\"dan gəlib. İlk hissənin son dəqiqəsinə təsadüf edən bu qola Lionel Messi imza atıb.
Olduqca sərt mübarizə şəraitində keçən ikinci hissədə hakim tez-tez əlini cibinə atmalı olub, hətta futbolçular arasında dava da düşüb. Hər iki komanda dəfələrlə sevinməyə yaxın olsa da, qol 82-ci dəqiqədə Kərim Benzemadan gəlib. Lakin cəmi 6 dəqiqə sonra dublunu rəsmiləşdirən Messi Super Kuboku \"Barselona\"ya qazandırıb.
Matçın son dəqiqəsi isə yumruq davasına çevirilib. Fabreqasa qarşı kobudluqdan sonra iki komandanın futbolçuları və məşqçiləri yumruq davasına başlayıb. Bir anda ara qarışıb. Hakim \"Real\"dan Marselo və ehtiyat oyunçular skasiyasında oturan Məsut Özili, \"Barselona\"dan isə David Vilyanı meydandan qovub.
Qeyd edək ki, bu komandalar arasında 3 gün əvvəl \"Santiaqo Bernabeu\"da baş tutan ilk oyun 2:2 hesabı ilə başa çatmışdı.
Bu oyun \"Barselona\"nın yeni transferi Sesk Fabreqas üçün önəmli olub. 1997-2003-cü illərdə \"Barselona\"nın müxtəlif komandalarında çıxış edib \"Arsenal\"a transfer olunan və bir neçə gün öncə geri dönən ispan futbolçu Kataloniya klubunda debüt edib.
\"Barselona\" ardıcıl 3-cü dəfə olmaqla Super Kuboku 10-cu dəfə muzeyinə aparıb. Kataloniya klubu həmçinin ilk dəfə Super Kubokda \"Real\"a qalib gəlib. \"Real\" isə bu kuboku 8 dəfə qazanıb.

El Klasiko

Barselona

Real

3:2

Barselona: 1. Viktor Valdes, 2. Daniel Alveş, 3. Cerard Pike, 6. Xavi Hernandez, 7. David Vilya (21. Adriano, 77), 8. Andres İnyesta, 10. Lionel Messi, 14. Xavyer Maskerano, 16. Serxio Buskets (15. Seydu Keyta, 85), 17. Pedro Rodriges (4. Sesk Fabreqas, 83), 22. Erik Abidal.

Real: 1. İker Kasilyas, 2. Rikardo Karvalyo, 3. Pepe, 4. Serxio Ramos, 6. Sami Kedira (12. Marselo, 46), 7. Kriştiano Ronaldo, 9. Kərim Benzema, 10. Mesut Özil (8. Kaka, 79), 14. Xabi Alonso, 15. Fabio Koentrao, 22. Angel Di Maria (20. Qonzalo Hiquain, 64).

Qollar: Andres İnyesta, 15. Lionel Messi, 45; 88 - Kriştiano Ronaldo, 20. Kərim Benzema, 82.

Sarı vərəqələr: Xavi Hernandez, 12. Xavyer Maskerano, 55. Viktor Valdes, 90+1 - Sami Kedira, 28. Kriştiano Ronaldo, 54. Marselo, 56. Pepe, 63. Serxio Ramos, 77. Fabio Koentrao, 85.

Qırmızı vərəqə: David Vilya, 90+3 - Marselo, 90+3. Mesut Özil, 90+3.

Baş hakim: David Fernandes Borbalan.

Barselona. "Nou Kamp" stadionu. Saat 02.00.


























Bütün xəbərlər Facebook səhifəmizdə