Arsen Venger "Arsenal"ın kapitanlıq sarğısını Robin Van Persiyə həvalə etdi!

Arsen Venger "Arsenal"ın kapitanlıq sarğısını Robin Van Persiyə həvalə etdi!
İngiltərənin "Arsenal" futbol klubunun yeni kapitanının adına aydınlıq gəlib. Siasport.az saytı xəbər verir ki, "topçular"ın rəhbərliyi, Sers Fabreqasın "Barselona"ya transfer olunmasından sonra klubun kapitanlıq sarğısını 28 yaşlı hollandiyalı futbolçu Robin Van Persiyə həvalə edib. "Arsenal"ın fransız baş məşqçisi Arsen Venger, 2004-cü ildən bu yana "Arsenal"da forma geyən 28 yaşlı hollandiyalı futbolçunun istər komanda yoldaşları ilə davranışlarına görə, istərsə də komandanı arxasınca apara biləcək liderlik keyfiyyətlərinə görə bu vəzifəyə layiq olduğunu nəzərə alaraq ona kapitanlığı həvalə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə