Emmanuel Adebayor "Tottenhem"ə keçir?

Emmanuel Adebayor "Tottenhem"ə keçir?
"Mançester Siti"nin toqolu hücumçusu Emanuel Adebayor, deyəsən yenidən Londona qayıtmalı olacaq. Siasport.az saytı xəbər verir ki, toqolu futbolçu futbol həyatını bu şəhərdə davam etdirməyə çox yaxındır. Məsələ burasındadır ki, 27 yaşlı futbolçu ilə Londonun "Tottenhem" klubu yaxından maraqlanır. "Arsenal"ın sabiq oyunçusu da "Tottenhem"in təklifini müsbət qarşılayıb. Buna səbəb isə Adebayorun "Mançester Siti"nin əsas heyətindən kənarda qalmasıdır.
Qeyd edək ki, ötən mövsüm "Real"da icarə əsasında oynayan Adebayor Çempionlar Liqasının 1/4 final mərhələsində "Tottenhem"ə 2 qol vurmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə