İspaniya La Liqasının başlama vaxtı dəyişdirilib. Siasport.az saytı xəbər verir ki, buna əsas səbəb Futbolçular Birliyi ilə Peşəkar Futbol Liqası arasında gedən danışıqların heç bir nəticə verməməsidir. Qeyd edək ki, hazırda dövlət yardımı alan 7 klubun futbolçularına ümumilikdə 58 milyon avrodan çox borcu var. Uzun müddətdir ki, bu iki qurum arasında borcların ödəniləcəyinə və bir daha belə problemlərin yaşanmayacağına dair yeni müqavilə bağlamaq üçün danışıqlar gedirdi. Ancaq görünür danışıqlar prosesi heç də istənilən kimi nəticələnməyib. Tərəflər növbəti dəfə gələn həftənin cümə günü bir araya gələcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB