Bahodir Nasimov yenidən milli komandaya dəvət olunub

Bahodir Nasimov yenidən milli komandaya dəvət olunub

\"Neftçi\" PFK-nın futbolçusu Bahodir Nasimov yenidən Özbəkistan milli komandasına dəvət olunub. Siasport.az saytı xəbər verir ki, Azərbaycan Premyer Liqasının ilk turunda \"Rəvan\" klubunun qapısından qələbə topunu keçirən hücumçu Dünya Çempionatı-2014-ün seçmə mərhələsinin Suriya və Yaponiya yığmaları ilə keçiriləcək qarşılaşmalarda iştirak edəcək. Özbəklər sentyabrın 2-də səfərdə Suriya, 6-da isə \"ev\"də Yaponiya milli komandası ilə görüşəcəklər.

Xatırladaq ki, Özbəkistan yığması seçmə mərhələnin bundan əvvəlki mərhələsində Qırğızıstan milli komandasını 4:0 və 3:0 hesabları ilə məğlub etmişdi. Hücumçu Bişkekdə baş tutan cavab görüşündə (3:0) 2 qol vuraraq, komandasına qələbə qazandırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə