“Trabzonspor” Avropada 87-ci matçına çıxır

“Trabzonspor” Avropada 87-ci matçına çıxır

"Trabzonspor"un Avroliqanın pley-off mərhələsində İspaniyanın "Atletiko Bilbao" klubu ilə oynayacağı ilk matç Avropada çıxacağı 87-ci oyunu olacaq. Siasport.az saytının xəbərinə görə, Çempionlar Liqasına vaxtından əvvəl əlvida deyən \"Qara Dəniz\" fırtınası bu səfər Avroliqada tufan qoparmaq istəyir. "Trabzonspor" bu günə qədər çıxdığı 86 oyundan 32 qələbə, 19 heç-heçə, 35 məğlubiyyət yaşayıb. Xatırladaq ki, "Trabzonspor" UEFA Kuboku Avroliqa adlanan zamandan bəri hələ də qruplara qala bilməyib. Əgər bu səfər bunu bacarsa, klub həmin tarixdə bir ilkə imza atacaq. 2009-2010-cu ildə Fransanın "Tuluza" klubuna, 2010-2011-ci ildə isə İngiltərənin "Liverpul" klubuna məğlub olan "Tabzonspor"un 3-cü cəhddə nə edəcəyi axşam məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə