Sən demə, İngiltərənin "Arsenal" futbol klubunun fransız baş məşqçisi Arsen Venger "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin heyranı imiş. Siasport.az saytyı xəbər verir ki, bunu dünən "Arsenal"dan "cim bom"a transfer olunan 27 yaşlı Emmanuel Eboue GSTV-yə müsahibəsində bildirib. Yeni transfer olunan futbolçu futbol həyatında yeni səhifə açmaq istədiyini, bunun üçün də "Qalatasaray"ı seçdiyini deyərək, onun İstanbul klubuna transfer olunmasında baş məşqçi A. Vengerin də böyük rolunun olduğunu diqqətə çatdırıb:
"Mənim "Qalatasaray"ı seçməyimdə baş məşqçimizin də böyük rolu var. İlk dəfə o mənə yaxınlaşaraq "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin məni komandasında görmək istədiyini dedi. F.Terimin böyük futbol mütəxəssisi olduğunu qeyd edən A.Venger, onun rəhbərliyi altında əla mövsüm keçirə biləcəyimi qeyd etdi. "Qalatasaray"ın rəsmi internet səhifəsinə daxil olduqda isə F.Terimin mətbuat konfransında mənim barəmdə xoş sözlər dediyini oxudum. Bu məni çox qürurlandırdı. A.Vengerin yanına gedərək qəti fikrimi söylədim və artıq İstanbuldayam."-deyə E.Eboue fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB