Bakı şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Siasport.az saytı xəbər verir ki, Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində "Sumqayıt Şəhər" klubunun əvəzedici komandası ilə qarşılaşan yığmamız 4:1 hesabı ilə qələbə qazanıb. U-17-nin heyətində Adil Nağıyev dubl edib. Hərəyə bir dəfə isə Namiq Ələsgərov və Kamran Abdullazadə fərqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB