Zeynal Məmmədov: "Futbolçular futbol oynayırlar ki, oynadıqları futboldan da mətbuata danışsınlar"-AÇIQLAMA

Zeynal Məmmədov: "Futbolçular futbol oynayırlar ki, oynadıqları futboldan da mətbuata danışsınlar"-AÇIQLAMA

"Bakı" klubunun "Simurq"la matçdan sonra futbolçulara mətbuatla ünsiyyətə qadağa qoyması barədə xəbər vermişdik. Siasport.az saytı xəbər verir ki, klubun vitse-prezidenti Zeynal Məmmədov stadium.az-ın əməkdaşı ilə söhbətində buna aydınlıq gətirib. Məmmədov qərarlarını belə əsaslandırıb: "Futbolçular futbol oynayırlar ki, oynadıqları futboldan da mətbuata danışsınlar. Axı onlar hansı oyundan, nəticədən danışacaqlar ki? Əvvəl futbol oynasınlar, sonra mətbuata danışsınlar".

Zeynal müəllim bu qərarlarının KİV nümayəndələriylə heç bir əlaqəsinin olmadığı söyləyib. O sözlərinə onu da əlavə edib ki, bu qərarları ancaq futbolçularla bağlıdır.

Klubun vitse-prezidenti "Simurq"la oyun barədə sualımızı isə belə cavablandırıb: "Düzünü desəm, hazırda futboldan danışmaq istəmirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə