"Xəzər Lənkəran"ın Mirça Redniklə səfərdə ilk böyük hesablı qələbəsi-STATİSTİKA

"Xəzər Lənkəran"ın Mirça Redniklə səfərdə ilk böyük hesablı qələbəsi-STATİSTİKA
Azərbaycan Premyer Liqasının II turunun AZAL-la oyununda əldə olunan böyük hesablı qələbə "Xəzər Lənkəran" üçün bır sıra maraqlı faktlarla əlamətdar olub. Siasport.az saytı xəbər verir ki. bu 3:0 hesablı qələbə həm cari, həm tarixi baxımdan əhəmiyyət kəsb edib.

Komanda cari mövsümdə çıxdığı 4-cü oyunda (2-i Avroliqa, 2-i Premyer Liqa) 1-ci dəfə böyük hesablı qələbə qazanıb.

"Xəzər Lənkəran" sonuncu belə qələbəsini ötən mövsüm, aprelin 23-də qazanmışdı. İndi olduğu kimi, həmin vaxt da rəqib AZAL idi. 113 gün əvvəl də komanda 3 cavabsız qol vursa da həmin vaxt öz meydanında qalib gəlmişdi. Bu 2 matç AZAL-la rəqabət dövründə qeydə alınan 2 böyük hesablı nəticədir.

Yeri gəlmişkən, bu, baş məşqçi Mirça Rednikin bu postda 3-cü böyük hesablı qələbəsidir. İki dəfə AZAL-ı məğlub edən Rednikli "Xəzər Lənkəran" MOİK-ə də eyni – 3:0 hesabı ilə qalib gəlmişdi.

Rednikli ilk 2 fərqli qələbə öz meydanında qazanılmışdısa, rumıniyalı ilk dəfə səfər darmadağınına sevindi. Komanda sonuncu dəfə rəqib meydanında 2009-cü il noyabrın 29-da coşmuşdu. 623 gün öncə "Bakı" ilə səfər oyununda 3:0-a sevinmişdi.

Premyer Liqada çıxış etdiyi 2004/05 mövsümündən bəri "Xəzər Lənkəran" hər çempionatda böyük hesablı qələbə qazanıb. Ümumilikdə isə belə qələbələrin sayı artıq 32-yə çatıb:

2004/05 – 8

2005/06 – 1

2006/07 – 6

2007/08 – 5

2008/09 – 5

2009/10 - 4

2010/11 – 2

2011/12 - 1

Cəmi - 32

Ölkə çempionatı ilə yanaşı, Azərbaycan kubokunda da böyük hesablı qələbələr olub. Bu yarışda 10 dəfə "Xəzər Lənkəran" rəqibinə aman verməyib.

2005/06 – 2

2006/07 – 3

2007/0/8 – 3

2008/09 – 2

Bu isə o deməkdir ki, AZAL-la oyunda komanda tarixinin 42-ci böyük hesablı qələbəsini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com