"Beşiktaş" Portuqaliya Futbol Federasiyasından FİFA-ya şikayət etdi!
İstanbulun "Beşiktaş" futbol klubu, Portuqaliya Futbol Federasiyasından (PFF) FİFA-ya rəsmi şəkildə şikayət məktubu göndərib. Siasport.az saytı xəbər verir ki, buna səbəb İstanbul klubunun "Mançester Yunayted" futbol klubundan transfer etdiyi portuqaliyalı futbolçu Bebenin futbol üzrə Portuqaliya millisinin heyətində zədələnərək 6 ay yaşıl meydanlardan uzaq qalmasıdır. İstanbul klubu, hələ heç bir rəsmi qarşılaşmada "Beşiktaş"ın heyətində yer almayan portuqaliyalı futbolçunun 6 aylıq maliyyə xərcələrinin Portuqaliya Futbol Federasiyası tərəfindən ödənilməsini tələb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB