"Qalatasaray" Yunanıstanda!

İstanbulun "Qalatasaray" futbol klubu, sabah Yunanıstanın ən böyük futbol klubu olan "Olimpiakos"la qarşılaşacaq. Siasport.az saytı xəbər verir ki, "cim bom" artıq bir neçə saat bundan əvvəl Yunanıstan paytaxtına çatıb və Bakı vaxtı ilə saat 21-də axşam məşqinə başlayacaq. Yoldaşlıq görüşü olacaq bu qarşılaşmaya İstanbul təmsilçisi "Arsenal"dan transfer etdiyi Emmanuel Aboeunu da heyətinə daxil edib. İstanbul təmsilçisi "Olimpiakos"la qarşılaşmadan sonra hazırlıq prosesi keçmək üçün Sloveniyaya yola düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə