Avqustun 20-də Azərbaycan Premyer Liqasının III turu çərçivəsində "Bakı" "paytaxt derbisi"ndə "İnter"in qonağı olacaq. Siasport.az saytı xəbər verir ki, "Bakı" klubunun meneceri Kamran İsmayılovun bildirdiyinə görə, komandada bu ciddi oyuna planlı şəkildə hazırlıqlar gedir. "İnter"lə səfər oyunu öncəsi heyətdə zədəli futbolçular da var. Milli komandadan zədəli dönən Fabio Luis Ramin və Elvin Məmmədovun "İnter"lə oyunda iştirakı sual altındadır.
Kamran İsmayılov ötən tur "Simurq"la oyunda itirdikləri xalları növbəti qarşılaşmalarda sığortalayacaqlarını söyləyib: "Simurq"la oyunda çox vacib iki xal itirdik. Bu oyundan sonra futbolçularda müəyyən mənfi hisslər var, amma tam bədbinlik yoxdur. Çalışacağıq ki, "İnter"lə səfər oyununda qalib gəlib, ötən turdakı xal itkisini unudaq. Futbolda belə bir deyim var- "ən vacib oyun növbəti oyundur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB