“İnter” “Aktau”nu darmadağın etdi-10:1

“İnter” “Aktau”nu darmadağın etdi-10:1
"İnter" və Qazaxıstanın "Aktau" Futbol Klubunun 10 yaşlı futbolçulardan ibarət komandaları üz-üzə gəliblər. Siasport.az saytı xəbər verir ki, qarşılaşma komandamızın üstünlüyü şəraitində keçib və "İnter" fasiləyə 5:0 hesabıyla yollanıb. İkinci hissədə də komandamız meydanda hakimlik edib ki, bu da hesabın artmasına gətirib çıxarıb. Nəticədə yoldaşlıq qarşılaşması 10:1 böyük hesablı qələbəylə Rövşən Babayevin yetirmələrinin xeyrinə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə