Diyeqo Luqano "Fənərbaxça"nı "Yuventus"a dəyişmədi!

Diyeqo Luqano "Fənərbaxça"nı "Yuventus"a dəyişmədi!
İstanbulun "Fənərbaxça" futbol klubunun daha bir futbolçusu komandaya sadiq olduğunu nümayiş etdirib. Siasport.az saytı xəbər verir ki, uzun müddətdir "Fənərbaxça"dan ayrılacağı və İtaliyanın "Yuventus" futbol klubuna transfer olunacağı gündəmdə olan uruqvaylı Dieqo Luqano, İstanbul klubundan heç yana getməyəcəyini, bu ağır günlərdə klubunun yanında olduğunu açıqlayıb. Uruqvaylı yarımmüdafiəçi qısamüddətli istirahətdən sonra artıq komandanın Almaniyadakı təlim-məşq toplanışına qoşulub.
Bu yeni mövsümdə UEFA Çempionlar Liqasında və Türkiyə Superliqasında möhtəşəm oyun sərgiləyərək hər kəsə "Fənərbaxça"nın necə böyük futbol klubu olduğunu sübut edəcəklərini deyən uruqvaylı futbolçu, İstanbil klubunun çirkli futbol alqı-satqılarında iştirakının iddia edilməsini gülünc adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə