"Qarabağ" son zamanlar zədə epidemiyasına tutulub. Siasport.az saytı xəbər verir ki, Vüqar Nadirov, Maksim Medvedev, Rəşad Sadiqov, Əfran İsmayılovun ardından "İnter"lə baş tutan sonuncu oyunda Zaur Həşimov zədələnərək meydanı vaxtından əvvəl tərk etməli olmuşdu. 30 yaşı futbolçu tibbi müayinədən keçib. Gözlənildiyi kimi, Zaurun durumunun ciddi olduğu müəyyənləşib. Müdafiəçinin 2 yerdən zədə aldığı aşkarlanıb. Əzələ yırtılmasıyla yanaşı diz bağlarında da qopma müəyyənləşib. Həşimovun təxminən ay yarım meydanlardan kənar qalacağı ehtimal olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB