Tuncay Şanlı da subaylığın daşını atır...

Tuncay Şanlı da subaylığın daşını atır...

Almaniyanın "Volfsburq" futbol klubundan İngiltərə "Bolton"una transfer olan türkiyəli futbolçu Tuncay Şanlı evlənməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, bir vaxtlar İstanbulun "Fənərbaxça" futbol klubunun kapitanı olan 29 yaşlı hücumçu Londonda yaşayan müğənni Yıldız Rezva ilə bir müddətdir görüşür. Tuncay əslən Şimali Kiprdən olan Rezva ilə bu il ailə qurmaq niyyətindədir. Əvvəllər Premyer Liqanın digər klubu "Stok Siti"də də çıxış etmiş təcrübəli forvardın İngiltərəyə dönüşünə ən çox sevinən də elə gələcək həyat yoldaşı olub. Onlar Londonda tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə