Yeni mövsüm üçün heyətini gücləndirən qadınlardan ibarət "Bakı" voleybol klubu hazırlıqlara sentyabrın 5-də başlayacaq. Siasport.az saytı xəbər verir ki, "Cellenc Cup" turnirində debüt edəcək komanda təlim-məşq toplanışının ilk mərhələsini Bakıda keçirəcək. Yeni mövsümdə 11 voleybolçu ilə müqavilə bağlayan "Bakı" tam heyətlə hazırlıq keçə bilməyəcək. Sentyabrda keçiriləcək Avropa çempionatı ilə əlaqədar legioner voleybolçular milli komandalarına dəvət aldıqları üçün baş məşqçi Ancelo Vercesi 8 oyunçu ilə məşq edəcək.
Sentyabrın sonunadək Bakıda təlim-məşq toplanışında olacaq paytaxt təmsilçisinin hazırlığının ikinci mərhələsi Türkiyədə keçiriləcək. Komanda qardaş ölkədə bir neçə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB