Akif İsmayılov \"Nefçi\"nin \"Dalğa Arena\"ya köçməsi məsələsinə aydınlıq gətirdi-ÖZƏL

Akif İsmayılov \"Nefçi\"nin \"Dalğa Arena\"ya köçməsi məsələsinə aydınlıq gətirdi-ÖZƏL

Mediada "Neftçi"nin bir müddət təmir işləri ilə əlaqədar olaraq Tofiq Bəhramov adına Respublika stadionundan istifadə edə bilməyəcəyi və "Dalğa Arena"ya köçməsi ilə bağlı xəbərlər yayılıb. Siasport.az saytının əməkdaşı məsələ ilə əlaqədar olaraq Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılovla əlaqə saxlayıb. Direktor bildirib ki, yayılmış xəbərlər heç də həqiqətə uyğun deyil. Onun sözlərinə görə, "Neftçi" klubu artıq avqustun 21-də saat 21:00-da mərkəzi arenada keçirəcəyi oyunla bağlı müraciət edib. A.İsmayılov qeyd edib ki, mərkəzi arenada aparılan təmir-tikinti işləri hələ ki, Azərbaycan çempionatının oyunlarına heç bir maneçilik törətməyəcək. Onun sözlərinə görə, hətta ayın 2 və 6-da milli komandamız oyunlarını bu stadionda keçirə biləcək. "Bakı" klubunun da mərkəzi arenadan istifadə edəcəyini vurğulayan direktor oktyabrın sonu, noyabrın əvvəlinədək stadiondakı təmir işlərinin oyunlara təsirinin olmayacağını diqqətə çatdırıb. "Hər hansı bir problem olacağı təqdirdə, təmir işlərinin oyunlara təsiri olacağı halda biz klublara dərhal məlumat verəcəyik",-deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə