Fildişi sahillərindən olan futbolçu Abdul kadir Keytanın "Qalatasaray"a qayıtmaq istəməsinin əsl səbəbi məlum olub. Siasport.az saytı xəbər verir ki, futbolçu hazırda çıxış etdiyi Qətərin "Əll Sadd" futbol klubunda oynamaq istəmir və futbol həyatını yenidən Türkiyədə davam etdirməyi düşünür.
A.K.Keyta "Qalatasaray"ın Türkiyədə və Avropada böyük nüfuza malik olan futbol klubu olduğunu deyərək, xüsusi ilə "cim bom" azarkeşlərindən ötrü çox darıxdığını da dilə gətirib: "Orada 300 nəfərin qarşısında nə futbol oynamaq olar ki?
Hətta nəzərə alsaq ki, orada futbol sadəcə müəyyən çərçivədə oynanılır, o zaman bütün Avropada
ən çılğın və möhtəşəm azarkeş ordusu olan bir futbol klubunda oynamış birisi üçün bunun nə demək olduğunu açıqlamağa ehtiyac da yoxdur. "Qalatasaray" azarkeşi üçün çox darıxmışam. Yenidən "Qalatasaray"da olmaqdan məmnun olacam"-deyə A. Keyta fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB