Azərbaycan cüdoçuları dünya çempionatında 3 medal qazanıblar

Azərbaycan cüdoçuları dünya çempionatında 3 medal qazanıblar
Kiyevdə yeniyetmələr arasında cüdo üzrə dünya çempionatı keçirilib. Siasport.az saytı xəbər verir ki, çempionatda Azərbaycanı yeniyetmələrdən ibarət yığma komandanın məşqçiləri Rəşad Məmmədov və Raşad Həsənovun rəhbərliyi altında 15 cüdoçu təmsil edib.
Onların arasından 3 idmançımız - Sadıq Məhərrəmov (50 kq), Rəşad Rufullayev (60 kq) və Hüseyn Rəhimli (66 kq) dünya çempionatının bürünc medallarını qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə