Türkiyə Futbol Federasiyasının rəhbəri qərarını açıqladı

Türkiyə Futbol Federasiyasının rəhbəri qərarını açıqladı

Türkiyə Futbol Federasiyası oyun alqı-satqısı ilə bağlı başlanan cinayət işi ilə bağlı qərarını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, aylardı Türkiyənin gündəmini zəbt edən olaylarla bağlı toplaşan futbol qrumunun rəhbəri saatlarla davam edən iclasdan sonra qərar qəbul edib.
TFF-nin qərarını mətbuata qurumun rəhbəri Mehmet Ali Aydınlar açıqlayıb. Aydınlar bildirib ki, prokurorluq tərəfindən məhkəmə qərarı ilə gizli aparılan istintaqın əldə etdiyi dəlillər TFF-yə təqdim olunmadığından yekun qərar qəbul edilməyib: \"Federasiyamızın İdarə Heyəti bu məqamda qərar verilməsi üçün lazımi dəlilləri əldə edə bilmədiyi və müdafiə haqqının hüquqa uyğun şəkildə istifadəsinə imkan olmadığı üçün hökm verməyi ədalətli hesab etmir. Federasiyanın hüquqa uyğun və ədalətli qərar verməsi üçün gizlilik qərarını qaldırılması şərtdir. Bunun üçün də Cəza Qanununun 175-ci maddəsinə əsasən iddianamənin qəbul edilməsi vacibdir. Ancaq bu tədqirdə klub və idarəçilər haqqında bütün dəlilləri görüb, analiz edib, qərar vermək olacaq. Qısacası federasiya iddianamənin qəbulunu gözləyib, gizlilik qərarının ləğvindən sonra şübhəli klub və şəxslərə müdafiə hüququ tanıyacaq və bundan sonra qərarını verəcək\".
Federasiya oyun alverində ittiham olunan klub və şəxslərin cəzalandırılması ilə bağlı qərar qəbul etməsə də, həbs olunan və barələrində həbs qərarı seçilməyən bir sıra idarəçilərin işini Peşəkar Futbol İntizam Komitəsinə göndərib. Onların arasında Aziz Yıldırım başda olmaqla bir sıra tanınmış şəxslər var:

1. Aziz Yıldırım (\"Fənərbaxça\"nın prezidenti)
2. Mehmet Şekip Mosturoğlu (\"Fənərbaxça\"nın İdarə Heyətinin üzvü)
3. İlhan Yüksel Ekşioğlu (\"Fənərbaxça\"nın İdarə Heyətinin üzvü)
4. Tamer Yelkovan (\"Fənərbaxça\"nın baş mühasibi)
5. Cemil Turan (\"Fənərbaxça\"nın Həvəskar Şöbələrinin baş kordinatoru)
6. Serdal Adalı (\"Beşiktaş\"ın vitse-prezidenti)
7. Tayfur Havutçu (\"Beşiktaş\"ın baş məşqçisi)
8. Ahmet Ateş (\"Beşiktaş\"ın mühafizə xidmətinin rəhbəri)
9. İbrahim Akın (\"İstanbul BB\"nin futbolçusu)
10. İskender Alın (\"İstanbul BB\"nin futbolçusu)
11. Mecnun Odyakmaz (\"Sivasspor\"un prezidenti)
12. Ahmet Çelebi (\"Sivasspor\"un İdarə Heyətinin üzvü)
13. Korcan Çelikay (\"Sivasspor\"un qapıçısı)
14. Bülent Uyğun (\"Eskişəhərspor\"un sabiq baş məşqçisi)
15. Ümit Karan (\"Eskişəhərspor\"un sabiq idman direktoru)
16. Ömer Ülkü (\"Giresunspor\"un prezidenti)
17. Coşkun Çalık (\"Giresunspor\"un İdarə Heyətinin üzvü)
18. Serdar Kulbilge (\"Gənələrbirliyi\"nin sabiq futbolçusu)
19. Cengiz Demirel (\"Gənələrbirliyi\"nin sabiq məşqçisi)
20. Erdem Konyar (menecer)
21. Yavuz Ağırgöl (\"Fənərbaxça\"nın mühafizə xidmətinin rəhbəri)
22. Serdar Berkin (\"Adanaspor\"un məşqçisi)
23. Mehmet Şen (\"Ankaraspor\"un meneceri)
24. Hikmet Karaman (\"Manisaspor\"un sabiq baş məşqçisi)
25. Serkan Acar (\"Fənərbaxça\"nın klub müdiri)
26. Zafer Önder İpek (\"Gənclərbirliyi\"nin klub müdiri)
27. Alaaeddin Yılıdırm (\"Fənərbaxça\"nın İdarə Heyətinin üzvü)
28. Hasan Çetinkaya (\"Fənərbaxça\"nın meneceri)
29. Gökçek Vederson (\"Bursaspor\"un futbolçusu)
30. Güde Fazıl Özdemir (menecer)
31. Zafer Tüzün (\"Eskişəhərspor\"un vəkili)
32. Beşir Acar (\"Mersin İdman Yurdu\"nun vitse-prezidenti)
33. Yılmaz Vural (\"Konyaspor\"un sabiq baş məşqçisi)
34. Sezer Öztürk (\"Eskişəhərspor\"un sabiq futbolçusu)
35. Emanuel Emenike (\"Fənərbaxça\"nın sabiq futbolçusu)
36. Mahmut Boz (\"Gənclərbirliyi\"nin futbolçusu)
37. Mehmet Yıldız (\"Sivasspor\"un sabiq futbolçusu)
38. Levent Eriş (\"Boluspor\"un sabiq baş məşqçisisi)
39. Sadri Şener (\"Trabzonspor\"un prezidenti)
40. Recep Denizer (\"Trabzonspor\"un İdarə Heyətinin üzvü)
41. Can Arat (\"İstanbul BB\"nin futbolçusu)
42. Önder Turacı (\"Kayserispor\"un sabiq futbolçusu)
43. Nevzat Şakar (\"Trabzonspor\"un vitse-prezidenti)
44. Osman Murat Özaydınlı (\"Fənərbaxça\" İdarə Heyətinin üzvü)
45. Ekrem Okumuş (menecer)
46. Sadrettin Fırat Kocaoğlu (\"Kasımpaşa\"nın futbolçusu)
47. Zafer Demiray (\"Körfezspor\"un sabiq oyunçusu)
48. Faruk Taşseten (\"Sivasspor\"un İdarə Heyətinin üzvü)
49. Mehmet Oflaz (\"Sivasspor\"un vitse-prezidenti)
50. Fatih Hocaoğlu (\"Giresunspor\"un genəl müdiri)
51. Murat Öztürk (Fenerbahçe Spor Kulübü Kaleci Antrenörü
52. Semih Şentürk (\"Fənərbaxça\"nın futbolçusu)

Bütün xəbərlər Facebook səhifəmizdə