Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr edilmiş Beynəlxalq "Baku-Open-2011" turniri Belarus şahmatçısı Sergey Jiqalkonun qələbəsi ilə başa çatıb. Siasport.az saytı xəbər verir ki,. S.Jiqalko 9 mümkün xaldan 7 xal toplayaraq turnirin 10.000 avro məbləğində əsas mükafatını qazanıb. Hərəyə 6,5 xal toplamış rusiyalı Dmitri Andreykin və israilli Emil Sutovski 2-3-cü yerləri bölüşüblər.
Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni Sərxan Quliyev göstərib. 6 xal toplamış Sərxan turnir cədvəlində yeddinci yerdədir. Şəhriyar Məmmədyarov və Rauf Məmmədov hərəyə 6 xal toplayaraq, müvafiq olaraq 8-ci və 11-ci yerləri tutublar.
Xatırladaq ki, ümumi mükafat fondu 50.000 avro olan Beynəlxalq "Baku-Open-2011" turnirində 14 ölkədən 73 şahmatçı, o cümlədən 24 qrossmeyster iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB