Tovuzda "Kəpəz"i daşa basıblar

Tovuzda "Kəpəz"i daşa basıblar
Tovuzda azarkeşlər "Kəpəz"in əvəzedici komandasını daşa basıb. Siasport.az saytı xəbər verir ki, bu barədə fanat.az-a "Kəpəz"in əvəzedici komandasının məşqçisi Nəriman Əliyev məlumat verib.
Əliyev bildirib ki, ikinci hissədə yerli azarkeşlər "Kəpəz"in qapıçısını daşa basıb, qonaq komandaya təzyiq edib: "Birinci hissədə 2:0 hesabı ilə qələbə qazanırdıq. İkinci hissədə başladılar qapıçımız Kənan Bayramovu daşlamağa. Bizi söydülər, baş məşqçimiz Mehman Hacıyevə hücum etdilər. Hakimlər oyunu yaxşı idarə etdi. Lakin azarkeşlər bizə təzyiq göstərdi. Oyunu 2:2 hesabı ilə birtəhər başa vurub geri qayıtdıq".

Bütün xəbərlər Facebook səhifəmizdə