Türkiyə Futbol Federasiyası (TFF) danışılmış oyunlarla bağlı niyə qərar verə bilmədi?

Türkiyə Futbol Federasiyası (TFF) danışılmış oyunlarla bağlı niyə qərar verə bilmədi?

Nəhayət ki, Türkiyə Futbol Federasiyası (TFF) bu gün keçirilən iclasda danışılmış oyunlarla bağlı qərarını açıqlayıb.Siasport.az saytı xəbər verir ki, TFF-nın prezidenti Mehmet Əli Aydınlar istintaqın gizli aparılması və bütün dəlillərin əldə olunmaması səbəbindən bu barədə qəti qərar verə bilməyəcəklərini açıqlayıb. Aydınlar iyulun 3-də başlamış əməliyyatla əlaqədar olaraq hələ də 31 nəfərin şübhəli şəxs qismində saxlanıldığını və bu haqda tələsik qərar vermək istəmədiklərini bildirib. Başda "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım, Şekip Mosturoğlu, İlhan Ekşioğlu, Tamer Yelkovan, Cəmil Turan, Serdal Adalı, Tayfur Havutçu, Ahmet Ataş, İbrahim Akın, İsgəndər Alın, Məcnun Otyakmaz, Ahmet Çələbi, Korcan Çəlikay, Bülent Uyğun, Ümit Karan, Ömer Ülkü, Coşkun Çalık şübhəli şəxs qismində Türkiyə Futbol Federasiyasının İntizam Komitəsinə (PFDK) cəlb olunublar. Qeyd edək ki, danışılmış oyunlarda "Fənərbaxça", "Beşiktaş", "Trabzonspor", "Eskişehirspor", "Sivasspor", "İBB", "Manisaspor", "Ankaragücü", "Gənclərbirliyi", "Mersin İdman Yurdu" və "Girəsunspor" klublarının adı hallanır. Əgər bu klubların danışılmış oyunlarda iştirak etməsi sübuta yetirilərsə, o zaman adı çəkilən komandalar aşağı diviziona düşürüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə