İstanbulun "Beşiktaş" futbol klubunun da transfer siyahısında olan "Mançester Siti"nin toqolu futbolçusu Emmanuel Adebayoru transfer etmək hər klubun işi deyilmiş. Siasport.az saytı xəbər verir ki, buna əsəbə futbolçunun tələb etdiyi maliyyə şərtlərinin "od tutub yanmasıdır".
"Tottenhem"in transfer etmək istədiyi E.Adebayorun həftəlik qazancı sən demə 145 min funt-sterlinq imiş. Bundan sonra toqolu futbolçunun adını belə yaxına buraxmayan ingilis klubu, bu transferdən vaz keçib. İstanbul klubu isə yalnız transfer şərtlərində ciddi endirim olacağı təqdirdə E.Adebayor barədə fikirləşəcəyini qarşı tərəfin nəzərinə çatdırıb. Belə görünür ki, E.Adebayor hələ uzun zaman ağır yük kimi "Mançester Siti"nin üstündə qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB