İspaniyanın "Barselona" futbol klubu nəhayət ki, uzun müddətdir transfer etməyə çalışdığı İngiltərənin "Arsenal" futbol klubunun ispaniyalı forvardı Sers Fabreqasla 5 illik müqavilə imzalayıb. Siasport.az saytı xəbər verir ki, bu gün keçirilən rəsmi mərasimdə ispaniyalı futbol ulduzu ilə bağlı bütün məsələlərə aydınlıq gətirilib.
"Barselona"nın rəsmi internet səhifəsində yer alan məlumatda isə deyilir ki, 2003-cü ildə 16 yaşında ikən "Arsenal"a transfer olunan S.Fabreqasın yenidən "doğma yuvasına" dönməsi olduqca xoş hadisədir. Amma diqqəti çəkən məqam ondan ibarətdir ki, bu transferin maliyyə tərəfi barədə bir kəlmə də olsun rəsmi xəbər verilmir. İngiltərə mətbuatı isə bu transferin katalon təmsilçisinə 40 milyon avroya başa gəldiyini yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB