Bu il İngiltərə Premyer Liqasına qan-qaraldıcı xal itikisi ilə başlayan "Çelsi"-də vəziyyət ürəkaçan deyil. Siasport.az saytı xəbər verir ki, baş verən növbəti hadisə, şəxsi zəmindədir.
Belə ki, "zadəganların" yarımmüdafiəçisi Con Obi Mikelin atası oğurlanıb. Rusiya mətbuatı yazır ki, bu xoşagəlməz hadisə Nigeriyada baş verib. Artıq bu haqda Obi Mikel də məlumatlandırılıb.Hadisənin detalları açıqlanmasa da, bunun daha çox cinayətkarların futbolçudan pul qoparmaq istəyi ilə edildiyi əsas versiyalardan biri kmi qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB