"Lill" Edin Hazarda 60 milyon avro transfer qiyməti qoydu!

"Lill" Edin Hazarda 60 milyon avro transfer qiyməti qoydu!
Fransanın "Lill" futbol klubunda çıxış edən Belçika milli komandasının forvardı Edin Hazardın transfer qiyməti açıqlanıb. Siasport.az saytı xəbər verir ki, Fransa klubunun rəsmi saytında yerləşdirilən məlumatda deyilir ki, bu futbolçunu heyətində görmək istəyən istənilən futbol klubu yalnız 60 milyon avro ödədikdən sonra futbolçuya sahib ola bilər.
Deməli, E.Hazard üçün transfer barədə düşünən istənilən futbol klubu əvvəlcə əlini cibinə salıb 60 milyon avrosunu gözdən çıxarandan sonra bu barədə fikirləşə bilər. Xatırladaq ki, "Barselona" və "Çelsi" başda olmaqla bir çox futbol klubları belçikalı futbolçunun transferində maraqlı oduqlarını dəfələrlə bayan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə