"Turan" - "Kəpəz" oyununda yan xətt hakiminə heç kim daş atmayıb. Nə ona daş vurulub, nə də qolu yaralanıb". Siasport.az saytı xəbər verir ki, bu sözləri fanat.az-a açıqlamasında "Xəmsə" fan-klubunun rəhbəri Adil Məmmədov deyib.
Qeyd edək ki, "Turan" - "Kəpəz" oyununun ikinci yarısında matçın yan xətt hakimi Elşən Acalov özünü yerə ataraq, "Kəpəz" azarkeşlərinin qoluna daş vurduğunu bildirib və bu səbəbdən oyun bir müddət dayandırılıb. "Xəmsə" fan-klubunun rəhbəri isə hakimə heç kimin daş vurmadığını bildirib. O, hətta matçın AFFA nümayəndəsi Vaqif Məmmədovun hadisədən sonra daş axtardığını bildirib: "Vaqif Məmmədov hadisə baş verəndən sonra orda daş tapmadığından tribunaya yaxınlaşıb, uşaqlardan daş istəyirdi ki, protokola salsın. Lakin heç kim ona daş vermədi. Mən də ona dedim ki, "Dı uşaqlardan niyə istəyirsən. Get stadionun kənarından götür yaz. Orda butulka da var, istəyirsən onu yaz". Bir daha deyirəm ki, hakimə heç kim daş atmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB