Futbol üzrə son İngiltərə çempionu olan "Mançester Yunayted" futbol klubu mövsümə qələbə ilə başlayaraq, gələn ildə də İngiltərə çempionluğunu başı üzərinə qaldrnaq istədiyini bir daha nümayiş etdirib. Siasport.az saytı xəbər verir ki, daima çempionluq üçün mübarizə aparan "qırmızı şeytanlar", "West Bromwic"lə qarşılaşmada 2:1 hesablı qələbə qazanaraq iddialarını yenidən ortaya qoyublar. Artıq qarşılaşmanın 13-cü dəqiqəsində Uen Ruunu komandasının qələbə topunu vurub. Görüşün 37-ci dəqiqəsində Shan Long hesaba tarazlıq gətirib, 1:1.
81-ci dəqiqədə isə Ried topu öz qapısına göndərərək, "Mançester Yunayted"in 2:1 hesablı qələbəsini təmin edib. Bu qələbədən sonra artıq "dumanlı albiom"da bir çox futbol mütəxəssisləri yenə də "qırmızı şeytanlar"ın çempionluğa əsas namizəd olduğunu vurğulamağa başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB