“Fənərbaxça” Nianga nə qədər qiymət qoydu?

“Fənərbaxça” Nianga nə qədər qiymət qoydu?

"Fənərbaxça" rəhbərliyi oyunçusu Niangı satmaq niyyətində olmasa da, futbolçunun transfer dəyərini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, klub rəhbərliyi futbolçunun qiymətini 9 milyon avro olaraq dəyərləndirib. Seneqallı futbolçunun özünün də klubdan ayrılmaq istəməsi "Fənər" rəhbərliyini artıq küncə sıxışdırıb. Futbolçu ötən həftə də rəhbərliyə onlardan anlayış gözlədiyini bildirmişdi. Ancaq onun hələ ki, komandadan ayrılmağını istəməyən klub rəhbərliyi bütün futbolçular kimi, Niangın da bir dəyərinin olduğunu, 9 milyon avroya onun sata biləcəklərini deyiblər.

Qeyd edək ki, "Fərərbaxça" rəhbərliyi BƏƏ-dən gəlmiş 7 milyonluq təklifə rədd cavabı veriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə