Kristof Daum xərcəngə tutuldu!

İstanbulun "Fənərbaxça" və "Beşiktaş" futbol klublarının da baş məşqçisi olmuş Kristof Daum ağır xəstəliyə düçar olub. Siasport.az saytı xəbər verir ki, ağır qan xərcəngi xəstəliyinə tutulması aşkarlanan təcrübəli alman futbol mütəxəssisi, bunu bilən kimi dərhal kəkimlərə müraciət edib və nəticədə təcili əməliyyat keçirərək xəstəliyin qarşısının alınmasına nail olub. K.Daum, ilk dəfə səhhətindəki bu xəstəlikdən xəbər tutan zaman bərk qorxu keçirdiyini deyərək hər kəsi ciddi şəkildə öz sağlamlığını qorumağa çağırıb. 57 yaşlı futbol mütəxəssisi, ümumiyyətlə bütün dünyada bu xəstəliyə qarşı hər kəsin səfərbər olunmasının və hər bir ölkədə böyük hərəkat şəklində həyata keçirilməsinin olduqca vacib olduğunu dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə