"Atletiko Madrid" sabah Arda Turan üçün möhtəşəm təqdimat mərasimi keçirəcək!
İspaniyanın "Atletiko Madrid" futbol klubu, İstanbulun "Qalatasaray" futbol klubundan transfer etdiyi 24 yaşlı futbolçu Arda Turan üçün avqustun 16-da böyük təqdimetmə mərasimi keçirəcək. Siasport.az saytı xəbər verir ki, klubun tarixində heç bir futbolçu üçün keçirilməyən təqdimat mərasimi məhz A.Turan üçün gerçəkləşdiriləcək.
İspaniya mətbuatının yazdığına görə, "Visyente Kalderon" stadionunda keçiriləcək təqdimat mərasimində ilk əvvəl jurnalistlərə təqdim olunacaq A.Turan daha sonra stadionda "Atletiko Madrid" forması ilə 5 illik müqaviləyə imza ataraq azarkeşlərə aftoqraflar paylayacaq. İspaniyalı həmkarlarımızın yazdıqlarına görə, klubun tarixində ilk dəfə olaraq azarkeşlərə yeni transfer olunan futbolçularla təmasda olmaq üçün icazə veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB