Yeni mövsümdə İngiltərə Premyer Liqasına xal itkisi ilə başlayan İngiltərənin "Çelsi" futbol klubunda hər kəs pərişan görünsə də, sən demə baş məşqçi Andre Villas Boas tamam başqa arzularla yaşayırmış.
Siasport.az saytı xəbər verir ki, bu il "Porto" ilə UEFA Avropa Liqasını qazanmış portuqaliyalı baş məşqçi, bu il İngiltərə çempionluğu da daxil olmaqla daha 4 kuboku birdən başı üzərinə qaldırmaq istədiyini deyərək, əgər bunları bacaracaqsa, mövsümün sonunda futbolla vidalaşmağı düşünür. Belə görünür ki, 33 yaşlı gənc baş məşqçinin iştahası çox böyükdür. Amma "Çelsi"nin hazırkı oyunu gənc mütəxəssisin arzuları ilə qətiyyən üst-üstə düşmür...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB