"Real" bu mövsüm də "Barselona" qarşısında aciz qalacaq!

"Real" bu mövsüm də "Barselona" qarşısında aciz qalacaq!
Dünən İspaniya Superkuboku uğrunda keçirilən ilk qarşılaşma, iki əzəli rəqibin gücünü göstərməklə yanaşı, onların yeni mövsümdəki oyun taktikalarını da ortaya qoymuş oldu. Siasaport.az saytı xəbər verir ki, "Santyaqo Bernabeu" stadionunda "Real" və "Barselona"nın qarşılaşması 2:2 hesabı ilə nəticələnsə də, komandaların meydanda göstərdikləri oyun, futbol ustalığı əsas müzakirə mövzusudur. Belə ki, bu qarşılaşmada yenə də "Barselona"nın həm oyun taktikası baxımından, həm də sərgilədiyi ağılıı futbol baxımından yenə əzəli rəqibindən güclü olduğunu hər kəsə nümayiş etdirdi. Meydandakı 90 dəqiqə ərzində oynanılan qarşılaşma aydın şəkildə sübut etdi ki, bu il də "Real" bütün parametrlərdə katalon klubuna uduzmaqda davam edəcək. Çünki kral klubunun "Barselona"ya qarşı oyun sistemində heç bir dəyişiklik gözə dəymədi. Bu isə o deməkdir ki, Joze Maurinyo yenə "Barselona"nın oyun "açarını" kəşf edə bilməyib. Deməli, bu il də "El Klassiko" qarşılaşmalarında favorit yenə "Barselona"dır!

Bütün xəbərlər Facebook səhifəmizdə