Çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı keçirilib. Siapsort.az saytı xəbər verir ki, iki gün davam edən mübarizədə 10 qadın və 16 kişi komandası mübarizə aparıb. Hər il olduğu kimi bu il də, oyunlar "Kresent Biç" çimərliyində keçirilib.
Gərgin keçən mübarizədən sonra kişilər arasında "Belezza" komandası II, "Sərhədçi-2" isə III yerin sahibi olub. Bu ilin kişilər arasında Azərbaycan çempionu isə "Aztelekom-1" (Orucov Elçin, Cahangirov Sabiq) komandası olub.
Qadınlar arasında isə "Nəqliyyat-1" komandası II, "Azərreyl-1" komandası isə III yeri tutub. Qadınlar arasında Azərbaycan çempionu "Lokomotiv-1" komandası olub.
Yarışdan bir gün sonra isə "Avto Retro Klub"da Azərbaycan çempionatının qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Baş sponsor və təşkilatçılar qalibləri kubok, pul, qiymətli hədiyyələr və diplomla mükafatlandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB