Mirça Rednik: "Getmək istəyən oyunçunu saxlamırıq"-AÇIQLAMA

Mirça Rednik: "Getmək istəyən oyunçunu saxlamırıq"-AÇIQLAMA

AZAL – "Xəzər Lənkəran" qarşılaşmasından sonra təşkil olunmuş mətbuat konfransında baş məşqçilər oyun haqqında öz fikirlərini bildirdilər. Siasport.az saytı xəbər verir ki, cənub təmsilçisnin baş məşqçisi Mirça Rednik qələbəyə görə sevindiyini qedy etdi: "Bu gün çox xoşbəxtəm. Ciddi rəqibə qarşı oyunda böyük hesablı qələbə qazanmışıq. Oyunçulardan və göstərilən oyundan razıyam. Bizim az sayda futbolçu ilə hazırlıq keçdiyimizi bilirsiniz. Rusiç yalnız iki gün öncə komandaya qoşuldu. Düşünürəm ki, biz ağır bir həftəni uğurla geridə qoyduq. Bütün oyunçuları təbrik edirəm".

Gözlənildiyi kimi, jurnalistlər Rednikə Julius Vobay barədə sual verdilər. Baş məşqçi cavabında futbolçunun klubla müqaviləsinin olduğunu bildirdi: "Onun müqaviləsi bitmək üzrədir və yeni müqaviləyə hələ ki, imza atmayıb. Əgər futbolçu komandanı sevirsə, onun komandada qalmasında heç bir problem olmamalıdır. Getmək istəyən oyunçunu saxlamırıq. Hər kəsin öz seçimi var".

AZAL komandasının baş məşqçisi Elxan Abdullayev heyətlə bağlı problemlərdən danışdı: "Etiraf etməliyik ki, "Xəzər Lənkəran" bu gün bizdən üstün idi. Bizim əsas oyunçumuz olan Ndukanın zədəli olması, İbekoinin qırmızı kart alması, bir neçə futbolçunun isə zədəli olduqları halda oynaması öz sözünü dedi. Azarkeşlərdən bu nəticəyə görə üzr istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə