Böyükağa Hacıyev nə söz verdi?

Böyükağa Hacıyev nə söz verdi?
AzərbaycanPremyer Liqasının 2011/12 mövsümündə 2-ci turun \"Rəvan\" klubu ilə oyunundan sonra keçirilən mətbuat konfransında \"Neftçi\"nin baş məşqçisi Böyükağa Hacıyev görüş haqqında fikirlərini bildirib. Siasport.az saytı baş məşqçinin fikirlərini nəzərinizə çatdırır: \"Oyuna çox ciddi hazırlaşmışdıq. \"Rəvan\"ın \"Kəpəz\"lə oyununa baxmışdım və heç də zəif komanda olmadığını bilirdim. Bəhmən müəllim çox gözəl kollektiv formalaşdıra bilib. Biz müdafiə oyunu oynamadıq. Açıq futbol nümayiş etdirdik. \"Rəvan\"ın da bir neçə epizodda qol imkanı oldu. Amma biz əlimizə düşən imkandan istifadə edib, qalib gəldik. Bugünkü oyunda İqor Mitreski, Rodriqinyo və Rəşad Abdullayev komandaya kömək edə bilmirdi. Onların yoxluğunda gənclərə şans verdik, şadam ki, qalib gəldik. 10 gündür ki, komandanın başındayam və hər şey göz önündədir. 20 gündən sonra siz daha yaxşı komanda görəcəksiniz\".

Xatırladaq ki, \"Rəvan\" - \"Neftçi\" görüşü flaqmanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə