Dünya futbolunun ən böyük derbisi baş tutub. Siasport.az saytı xəbər verir ki, bu gecə \"Real Madrid\" - \"Barselona\" qarşılaşması baş tutub. İspaniya Super Kubokunun ilk görüşündə üz-üzə gələn əzəli rəqiblərin oyununa \"Real\" fəal başlayıb və 13-cü dəqiqədə Mesüt Özil hesabı açıb. Ardınca hücumları davam etdirən \"Real\" qol vəziyyətlərini boşa verib və əvəzində \"Barselona\" David Vilyanın uzaqdan zərbəsi ilə tarazlığı bərpa edib. İlk yarının son dəqiqəsində isə Messi \"Barselona\"nı hesabda önə keçirib. 54-cü dəqiqədə Xabi Alonso yenidən bərabərliyi təmin edib. Qarşılaşmanın 83-cü dəqiqəsində hakim \"Real\"ın təmiz penaltisini təyin etməyib və mövsümün ilk \"El Klassiko\"su heç-heçə başa çatıb.
İspaniyaSuper Kubok (İlk oyun)
14 avqust
\"Real Madrid\" - \"Barselona\" 2:2
Real: 1. İker Kasilyas, 2. Rikardo Karvalyo, 3. Pepe, 4.Serxio Ramos, 7. Kriştiano Ronaldo, 9. Kərim Benzema (20. Qonzalo Hiquain, 81), 12. Marselo, 14. Xabi Alonso, 22. Angel Di Maria (15. Fabio, 54), 23. Mesut Özil, 24. Sami Kedira (21. Joze Maria Kalleyon, 58).
Barselona: 1. Viktor Valdes, 2. Daniel Alveş, 7. David Vilya (17. Pedro Rodrigec, 73), 8. Andres İnyesta, 9. Aleksis Sançez, 10. Lionel Messi, 15. Seydu Keyta, 14. Xavyer Maskerano, 22. Erik Abidal, 21. Adriano (3. Cerard Pike, 62), 30. Tiaqo Alkantara (6. Xavi Hernandez, 58).
Qol: Mesut Özil, 13. Xabi Alonso, 54 - David Vilya, 36. Lionel Messi, 45.
Sarı vərəqələr: Sami Kedira, 32. Xabi Alonso, 78 - Aleksis Sançez, 55.
Baş hakim: Fernando Vitienes.
Madrid. \"Santiaqo Bernabeu\" stadionu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB