Azərbaycan Premyer Liqasında II turun oyunlarına yekun vurulub-NƏTİCƏLƏR

Azərbaycan Premyer Liqasında II turun oyunlarına yekun vurulub-NƏTİCƏLƏR

Azərbaycan Premyer Liqasında II turun oyunlarına yekun vurulub. Siasport.az saytı xəbər verir ki, turun ilk günü baş tutan \"Turan\" - \"Kəpəz\" (3:1) oyunu ilə start götürən turun 5 qarşılaşması mərhələnin ikinci günü keçirilib.

Cari mövsümdə ilk oyununa çıxan \"Qarabağ\" \"İnter\"i qəbul edib. Əfran İsmayılov, Rəşad Sadiqov və Vüqar Nadirovun yoxluğunda 18-liyi doldura bilməyən \"Qarabağ\" Quzanlıda doğma azarkeşlərinə qələbə sevinci bəxş edə bilib. Matçın taleyini həll edən qola 52-ci dəqiqədə Rauf Əliyev imza atıb və bununla da \"Qarabağ\" 2011-2012 mövsümünə qələbə ilə başlayıb.


\"Neftçi\" Premyer Liqada debüt mövsümünü keçirən \"Rəvan\"ın qonağı olub. \"Ötən tur səfərdə \"Kəpəz\"ə qapıçısının kobud səhvləri üzündən yenilən \"Rəvan\" \"Dalğa Arena\"dakı matçda \"Neftçi\"yə də müqavimət göstərib. Lakin Böyükağa Hacıyevin rəhbərliyi altında ilk oyununa çıxan \"Neftçi\" uzun müddətli qol orucunu pozan Bahodir Nasimovun tək qolu ilə qələbə qazanıb. Oyunun son dəqiqələrində intizamsızlığı ilə seçilən braziliyalı Alessandro Viana da Silva meydandan qovulsa da, bu \"Neftçi\"yə və Böyükağa Hacıyevə debüt oyununda qələbə qazanmağa mane olmayıb.


Heyətini təcrübəli futbolçularla daha da gücləndirən \"Qəbələ\" əsasən gənclərdən təşkil olunmuş \"Sumqayıt Şəhər\"lə qarşılaşıb. Tarixlərində ilk dəfə qarşılaşan klubların oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib və bu gənclik şəhərində bir illik fasilədən sonra ilk oyun olub. Gözlənildiyi kimi oyun \"Qəbələ\"nin üstünlüyü şəraitində keçib və qonaq komanda erkən qola sevinib. 5-ci dəqiqədə Xorvatiya \"Lokomotiv\"indən transfer olunan Dodo ləqəbli braziliyalı Luiz Paulo Hilario \"Qəbələ\"dəki qol hesabını açıb. 42-ci dəqiqədə daha bir braziliyalı bölgə klubunda ilk qolunu vurub. Belə ki, Portuqaliyanın \"Naval\" klubunu \"Qəbələ\"yə dəyişən Daniel Lopes Kruz fərqlənib. İlk turda \"Xəzər Lənkəran\"a qol vurmağı bacaran debütant bu dəfə də meydanı quru hesabla tərk etməyib. Əlavə vaxtda U-17-nin 16 yaşlı üzvü, Rusiyanın \"Elektroavtomatik\" klubunun yetirməsi \"Qəbələ\"nin qapısına yol tapıb.


Turun daha bir maraqlı qarşılaşması AZAL və \"Xəzər Lənkəran\" arasında keçirilib. Oyun \"Xəzər Lənkəran\"ın darmadağını ilə yekunlaşıb. Hesabı Adrian Pit açıb. İkinci yarıda hücumlarını davam etdirən \"Xəzər Lənkəran\" Emeka Oparanın dublu ilə darmadağını rəsmiləşdirib. Bununla da \"Xəzər Lənkəran2 iki turda maksimum nəticə qazanıb.


Ötən tur doğma meydanda AZAL-a məğlub olan \"Simurq\" \"Bakı\"nın qonağı olub. Premyer Liqanın iddialı klublarından olan \"Bakı\"nın doğma meydanda asan qələbə qazanacağı gözlənilsə də, bu baş vermədi. Paytaxt klubu 90 dəqiqə ərzində autsayder rəqibinin qapısına yol tapa bilmədi və oyun 0:0 hesabı ilə yekunlaşdı.


Premyer Liqa

I tur

14 avqust

\"Rəvan\" - \"Neftçi\" 0:1

Rəvan: 1. Artur Kotenko, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç (13. Fərid Həşimzadə, 57), 6. Taqim Novruzov, 7. Reis Klaudinei, 8. Tural Axundov, 9. Con Pelu (19. Bong Takvi, 74), 10. Angel Qutiyerrec, 11. Şerif Suma, 17. Ramazan Abbasov, 87. George Qulordava (20. Kristian Torres, 46).

Ehtiyat oyunçular: 12. Davud Kərimi, 15. Tural Cəlilov, 16. Fərrux Rəhimov, 18. Samuel Barlay.

Baş məşqçi: Bəhmən Həsənov.

Neftçi: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 6. Slavro Georgievski, 9. Flavinyo, 11. Cavid Hüseynov, 14. Bahodir Nəsimov, 15. Ruslan Abışov, 16. Alessandro Viana da Silva, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov (25. Cavid İmamverdiyev, 73).

Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 4. Tərlan Quliyev, 20. Elvin Musazadə, 21. Ağabala Ramazanov, 26. Kərim Diniyev, 28. Emin Mehdiyev.

Baş məşqçi: Böyükağa Hacıyev.

Qol: Bahodir Nasimov, 17.

Sarı vərəqələr: Miloş Zeçeviç, 18 (qeyri-idman hərəkəti). Şerif Suma, 45 (qeyri-idman hərəkəti). George Qulordava, 45+1 (qeyri-idman hərəkəti). Tural Axundov, 87 (qeyri-idman hərəkəti) - Mirhüseyn Seyidov, 43 (qeyri-idman hərəkəti). Rail Məlikov, 45+1 (qeyri-idman hərəkəti). Alessandro Viana da Silva, 88 (oyunun vaxtını gecikdirdiyinə görə). 90+2 (rəqibi əl ilə tutduğuna görə).

Qırmızı vərəqə: Alessandro Viana da Silva, 90+2.

Hakimlər: Elnur Muradov, Ramiz Əsədov, Habil Əliyev, Ramil Diniyev.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Hakim-inspektor: Rüfət Hüseynov.

"Dalğa Arena". 2000 tamaşaçı.


\"Qarabağ\" - \"İnter\" 1:0

Qarabağ: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 4. Zaur Həşimov (10. Emin İmaməliyev, 52), 7. Namiq Yusifov (k), 9. Bəxtiyar Soltanov (23. Tural İsgəndərov, 79), 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 20. Nderim Nedzipi (18. İlqar Qurbanov, 46), 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 16. Kamil Hüseynov.

Baş məşqçi: Qurban Qurbanov.

İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 10. Asif Mirili, 11. Asif Məmmədov, 13. Bronislav Çervenka (k) (14. Petar Zlatinov, 56), 16. Elnur Abdulov (8. Nizami Hacıyev, 73), 18. İlia Kandelaki (2. Xəyal Mustafayev, 46), 21. Arif Daşdəmirov, 22. Petar Çrappan, 23. Şəhriyar Rəhimov, 28. Baçana Tsxadadze.

Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 7. Ruslan Poladov, 20. Girts Karlsons, 30. Danildo Assioli.

Baş məşqçi: Kaxaber Tsxadadze.

Qol: Rauf Əliyev, 52.

Sarı vərəqələr: Ansi Aqolli, 29 (fitdən sonar topa zərbə). Qara Qarayev, 61 (qeyri-idman hərəkəti) - İlia Kandelaki, 22 (hakimin qərarına etiraz).

Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Namiq Hüseynov, Fuad Həsənov.

AFFA nümayəndəsi: Namiq Məstanov.

Hakim-inspektor: Məhəmməd Məmmədov.

Quzanlı qəsəbə stadionu. 5000 tamaşaçı.


\"Sumqayıt\" - \"Qəbələ\" 1:2

Sumqayıt: 55. Andrey Popoviç, 4. Samir Abasov (k), 22. Ruslan Tağızadə, 16. Hacı Əhmədov, 2. Slavik Alxasov (15. Aleksandr Qross, 46), 8. Emin Mustafayev, 25. Rəşad Kərimov (95. Ruslan Nəsirli, 71), 11. Kamil Nurəhmədov, 10. Eşqin Quliyev (19. Orxan Əliyev, 37), 7. Mahmud Qurbanov, 90. Eldar Məmmədov.

Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 5. Ramil Nuriyev, 17. Aqil Məmmədov, 50. Samir Abdulov.

Baş məşqçi: Bernhard Raab.

Qəbələ: 12. Pavels Doroşevs, 3. Vurğun Hüseynov, 4. Mahir Şükürov (k) (7. Yaşar Abuzərov, 90), 6. Lyuba Baranin, 9. Viktor Mendi (17. Arif İsayev, 77), 10. Deon Barton (15. Nodar Məmmədov, 64), 16. Abdulkader Kamara, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 26. Daniel Lopes Kruz, 77. Luiz Hilario.

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 19. Rövşən Əmiraslanov, 22. Murad Hüseynov, 33. Saşa Yunisoğlu.

Baş məşqçi: Toni Adams.

Qollar: Orxan Əliyev, 90+3 - Dodo, 5. Daniel Kruz, 41.

Sarı vərəqələr: Vurğun Hüseynov, 28 (hakimə etiraz). Luiz Hilario, 81 (qeyri-idman hərəkəti).

Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Coşqun Həsənov, Rauf Cabbarov.

AFFA nümayəndəsi: Əziz Əliyev.

Hakim-inspektor: Nüvər Xasıyev.

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 8000 tamaşaçı.


AZAL - \"Xəzər Lənkəran\" 0:3

AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 5. Aqil Nəbiyev (k), 16. Bronislav Arsenyeviç, 20. Mansur Limani, 11. Zohair Benouahi, 9. Vüsal Qarayev (14. Orxan Səfiyaroğlu, 69), 88. Ervin Bulku, 10. Nuqzar Kvirtiya (7. Tərlan Xəlilov, 64), 24. Enyo Krastovçev (22. Elgün Abbaslı, 84), 25. Kristian Ruis.

Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 19. Hüseyn Axundov, 8. Elşən Məmmədov.

Baş məşqçi: Elxan Abdullayev.

Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 7. Katalin Doman (18. Alim Qurbanov, 86), 8. Eder Bonfim, 10. Elnur Abdullayev (23. Şəhriyar Xəlilov, 84), 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 15. Emeka Opara (33. Dejan Rusiç, 81), 16. Adrian Pit, 81. Rikardo Qomes.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 90. Fikrət Ulduzlu.

Baş məşqçi: Mirça Rednik.

Qollar: Adrian Pit, 13. Emeka Opara, 61; 75.

Sarı vərəqələr: Aqil Nəbiyev, 36 (perspektivli hücumun qarşısını kəsdiyinə görə). Robert Petrov, 75 (düşünmədən rəqibə ayaqla zərbə) -Andrey Mureşan, 45 (qeyri-idman hərəkəti). Elnur Allahverdiyev, 78 (hakimin qərarına etiraz).

Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Munis Abdullayev, Əliyar Ağayev.

AFFA nümayəndəsi: Elbrus Abbasov.

Hakim-inspektor: Məlik Həsənov.

Şüvəlan qəsəbə stadionu. 2800 tamaşaçı.


\"Bakı\" - \"Simurq\" 0:0

Bakı: 1. Marko Şarlija (k), 3. Denis İvanovs, 6. İbrahim Karqbo, 7. Deividas Çesnauskis (19. Nurlan Novruzov, 71), 9. Maris Verpakovskis, 14. Elvin Əliyev, 21. Novruz Məmmədov (15. Cəmşid Məhərrəmov, 87), 32. Aleksey Savinov, 36. Uinston Parks, 77. Aleksandar Soliç (4. Vadim Borets, 63), 99. Rəhman Hacıyev.

Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 17. Emin Cəfərquliyev, 25. Şəhriyar Əliyev, 29. Əziz Quliyev.

Baş məşqçi: Aleksandr Starkov.

Simurq: 32. Adnan Hodziç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k) (23. Ruhid Usubov, 83), 17. Rüstəm Məmmədov, 15. Anar Həsənli, 4. Vasili Yanotovski (6. Mikayıl Rəhimov, 74), 28. Yevgeni Şmakov, 10. Tofiq Mikayılov, 27. Ramil Sayadov (7. Elçin Xəlilov, 46), 9. Əli Bağırov, 8. Qərib İbrahimov.

Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 29. Samir Quliyev.

Baş məşqçi: Sergey Yuran.

Sarı vərəqələr: İbrahim Karqbo, 43 (rəqibə qarşı kobud oyun). Cəmşid Məhərrəmov, 89 (rəqibə qarşı kobud oyun) - İlkin Qırtımov, 52 (fitdən sonra topa zərbə). Vasili Yanotovski, 73 (rəqibə qarşı kobud oyun). Rasim Ramaldanov, 79 (rəqibə qarşı kobud oyun).

Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, İsgəndər Əliyev, Ramil Əhmədov.

AFFA nümayəndəsi: Ramiz Abdullayev.

Hakim-inspektor: Fazil Mürşüdov.

Tofiq Bəhramov adına Respublika stadionu. 500 tamaşaçı.

Bütün xəbərlər Facebook səhifəmizdə