Azərbaycan güləşçiləri Avropa çempionatında daha 4 medal qazanıblar

Azərbaycan güləşçiləri Avropa çempionatında daha 4 medal qazanıblar

Varşavada yeniyetmələr arasında güləş üzrə Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, yunan-Roma güləşi üzrə yarışlarda Azərbaycan idmançıları 4 medal qazanıblar. Murad Bazarov (50 kq) və Elman Muxtarov (58 kq) öz çəki dərəcəsində birinci yeri tutub, Ramiz Məmmədov (42 kq) və Hacımurad Bağmanov (69 kq) bürünc medalların sahibi olublar.

Qeyd edək ki, qitə çempionatının əvvəlki günlərində sərbəst güləşçilərimiz 9 medal, qızların yarışında isə idmançılarımız 2 medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə