"Qarabağ" klubu Ağdama yollanıb. Siasport.az saytı xəbər verir ki, sabah Premyer Liqanın II turunda "İnter"i qəbul edəcək komanda səhər saat 10:00-da Quzanlıya yola düşüb. "Qarabağ" Ağdama itkilərlə gedib. Zədə səbəbindən Vüqar Nadirov və Maksim Medvedev komandayla birgə aparılmayıb. Zədəsini yenicə sağaldan Rəşad Sadiqov isə komandanı yalnız buraxmayıb və komandayla birgə Ağdama yollanıb.
"Qarabağ" Quzanlıya çatdıqdan sonra axşam oyunun keçiriləcəyi Quzanlı Olimpiya Kompleksinin meydançasında 1 saatlıq yüngül məşq keçəcək.
"Qarabağ" Quzanlıya çatdıqdan sonra axşam oyunun keçiriləcəyi Quzanlı Olimpiya Kompleksinin meydançasında 1 saatlıq yüngül məşq keçəcək.
Xatırladaq ki, "Qarabağ" - "İnter" oyunu 14 avqustda saat 18:00-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB