Usta ağır atletlər arasında XXII Avropa çempionatı 2012-ci ildə Lənkəran şəhərində keçiriləcək
Usta ağır atletlər arasında XXII Avropa çempionatı 2012-ci ildə Lənkəran şəhərində keçiriləcək. Siasport.az saytı xəbər verir ki, çempionat ərəfəsində hazırlıq işləri ilə tanışlıq üçün Usta Ağır Atletlərin Avropa Komissiyasının bir qrup üzvü Lənkəran rayonuna gəlib. Qonaqlar Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov ilə görüşüblər.
Görüşdə Ağır Atletlərin Avropa Komissiyasının sədri Vilyam Barton və Dopinq Nəzarət Komissiyasının katibi Mel Barton, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidentləri Tofiq Heydərov və Rizvan Rəsulov, KİV-lərin təmsilçiləri iştirak ediblər.
Son illər rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlar barədə qonaqlara məlumat verən T.İbrahimov, ilk dəfə Lənkəran şəhərində keçiriləcək usta ağır atletlər arasında XXII Avropa çempionatının regionda idmanın inkişafında əhəmiyyətini yüksək qiymətləndirib.
Usta Ağır Atletlərin Avropa Komissiyasının sədri Vilyam Barton səmimi görüşə görə nümayəndə heyəti adından minnətdarlığını bildirib, Azərbaycanın ev sahibliyi ilə keçiriləcək mötəbər çempionatda Avropanın 34 ölkəsindən 600-ə yaxın idmançının iştirak edəcəyini, Lənkəran şəhərinin Avropa idmançılarını qəbul etməyə tam hazır olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB