\"Xəzər Lənkəran\" Branimir Subaşiçi heyətinə cəlb etdi

\"Xəzər Lənkəran\" Branimir Subaşiçi heyətinə cəlb etdi

"Xəzər Lənkəran" daha bir transferini rəsmiləşdirdi. Siasport.az saytı xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiç artıq cənub təmsilçisinin şərəfini qoruyacaq. 29 yaşlı hücumçu ilə klub arasında bir il yarım müddətinə müqavilə bağlandı.

Milliyətcə serb olan Subaşiç, karyerasına doğulduğu ölkənin "Jeleznik" klubunda başlayıb. Bundan sonra hücumçu legioner karyerasına start verib. Öncə Belçikanın "Ostende", ardınca isə Fransanın "Bove Uaz", Ukraynanın "Çernomorets" və Rusiyanın "Amkar" klublarının formasını geyinən Subaşiç, 2005-ci ildə Azərbaycanın "Neftçi" klubuna transfer olunub. 2007-ci ildə futbolçu milliləşdirilərək Azərbaycan yığma komandasının heyətinə cəlb olunub.

2008-ci ildə artıq yığmamızın hücumçusu kimi Serbiyanın "Srvena Zvezda" klubuna keçib. Burada bir mövsüm çıxış etdikdən sonra isə futbolçu Çinin "Çanjun Yatay" klubuna transfer edilib. Son mövsümü Subaşiç çempionatımızda "Qəbələ"nin heyətində keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə